
"Sabahın Ulduzları" Bakı Kubokunun U-15 liqasında 3-cü turun oyunları məhsuldarlığı ilə diqqət çəkib.
Fanat.Az xəbər verir ki, gərgin mübarizəyə səhnə olan "Zəngəzur" — "Rekord" görüşündə tərəflər hərəyə 3 qol vuraraq xalları bölüşüblər (3:3).
Günün ən bol qollu matçında isə "Qarabağ" öz üstünlüyünü nümayiş etdirərək "Marafon FK"nın qapısından 6 top keçirib (6:1).
"Ulduz" isə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.