
Yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşan "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "sarı-göylər" baxışa çağırdığı nigeriyalı vinger Olabiran Blesinq Muyiva (Benito) ilə müqavilə bağlayıb.
Sözügedən oyunçu 1 mövsümlük anlaşmaya imza atıb.
Benito karyerası ərzində Kiyev "Dinamo"su, "Tambov", "Olimpik Daşkənd" kimi müxtəlif klublarda çıxış edərək beynəlxalq təcrübə toplayıb.
Qeyd edək ki, "Kəpəz" bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov, Kennet Kalunqa, Rafael Məhərrəmli, Viktor Stinanın transferini açıqlayıb. Ötənmövsümkü heyətdən Rauf Hüseynli, Məhəmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Camal Cəfərov, Yusif İmanov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa ilə yollar ayrılıbsa, Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska və Ümid Səmədov ilə müqavilə yenilənib.
Nihat