
1-ci Liqa təmsilçisi "Mingəçevir" sponsor dəyişikliyindən sonra yeni mövsümdə fərqli geyim dəsti ilə mübarizə aparacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "işıqçılar" bundan sonra ASTA (Azerbaijan Sport Talents Academy) adını formasında daşımayacaq.
Üzərinə düşən öhdəliyi yerinə yetirməyən Rafael Bünyatov klubdan əlini çəkdiyi, ötən mövsümü 225 min manat borcla tamamlayan "Mingəçevir" yeni himayədarla anlaşdığı üçün yalnız adı qalan ASTA ilə əməkdaşlıq birtərəfli qaydada ləğv olunub.
Klubun üzərinə ASTA yazılan loqosunun da dəyişdirilməsi gözlənilir.
Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. Aran təmsilçisini hazırda yeni sponsorların istəyi ilə komandanın "sükanı arxası"na keçən Elman Sultanov çalışdırır.
Toğrul