
Nigeriyalı vinger Visdom Kanunun karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir müddətdir ki,1-ci Liqa təmsilçisi MOİK-in düşərgəsində baxışda olan 32 yaşlı futbolçunun performansı baş məşqçi İlahm Yadullayevi qane edib.
Son iş yeri Səudiyyə Ərəbistanının "Curaş" klubu olan təcrübəli oyunçu ilə 1 mövsümlük müqavilə imzalanacağı gözlənilir.
Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Klubun bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək onu postunda saxlamağı uyğun sayıb.
Nihat