
Misli Premyer Liqasının debütantı "Şəfa" növbəti transferini həyata keçirib.
Fanat.Az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
Fransalı yarımmüdafiəçi Omar Abdulaye Diav ilə 2+1 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu son olaraq Belçikanın "Akren-Lessin" klubunda çıxış edib.
O, ölkəsində isə "Olimpik Markkua" və "Krua" komandalarının formasını geyinib.