
Misli Premyer Liqasının açılış turunda "Sumqayıt"ın qonağı olacaq "Neftçi"nin meydana neçə itki ilə çıxacağı bəlli olub.
Məlumatı Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Asəf Zeynallı verib:
"Heyətdə zədəli futbolçu yoxdur. Yarımmüdafiəçi İfeanyi Metyu isə ötən mövsüm aldığı qırmızı vərəqə görə cəzalı durumdadır. Onun "Sumqayıt"a qarşı oynamayacağı dəqiqdir".
Xatırladaq ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması avqustun 16-da keçiriləcək. "SOCAR Polymer Arena"da reallaşacaq görüşün start fiti 19:00-da səsləndiriləcək.
Nihat