
Yeni mövsümün hazırlıqlarına gec başlayan 1-ci Liqa təmsilçisi "Zaqatala" sabah sınaq matçına çıxacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qarşılaşma səhər saatlarında Zaqatalada keçiriləcək.
Heyəti formalaşdırmağa çalışan meydan sahibləri 2-ci Liqa komandası "Bərdə" ilə qarşılaşacaq.
Xatırladaq ki, Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədov bu yay "Zaqatala" ilə vidalaşıb. Onu Rakif Əliyev əvəzləyib. Sözügedən bölgə təmsilçisi qarşıdakı mövsümün hazırlıqlarına avqustta başlayıb.
Toğrul