
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”ın rəqibi olan İsrailin "Hapoel" (Beer-Şeva) komandası Toto Kubokunda 5-ci yer uğrunda matça çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv Hayfa "Hapoel"inə 0:4 hesabı ilə məğlub olub.
"Sabah"ın rəqibi ikinci heyətlə mübarizə aparıb.
Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.