
1-ci Liqada çempionluğu hədəfləyən MOİK bu gün "Ruslan 93"də hazırlığın 2-ci mərhələsinə start verib.
Fanat.Az-ın məlumatına görə, nazirlik komandasının növbəti sınaqçı rəqibinin də adına aydınlıq gəlib.
"Hərbçilər" "Difai" ilə üz-üzə gələcəklər. 2-ci Liqa təmsilçisi ilə oyun 19 avqust tarixinə planlaşdırılıb.
Xatırladaq ki, daha öncə MOİK-in yeni mövsümdə ev oyunlarını Xankəndidə keçirəcəyi bəlli olub. Sözügedən kollektiv geridə qalan "futbol ili"ndə 1-ci Liqadakı mübarizəni 6-cı pillədə başa vurub. Rəhbərlik bu yay baş məşqçi İlham Yadullayevlə müqavilə yeniləyib.
Nihat