
Misli Premyer Liqasının 2-ci turunda "Araz-Naxçıvan"ı qəbul edəcək "Neftçi"nın heyəti ilə bağlı son vəziyyət müəyyənləşib.
Klubdan Fanat.Az-a verilən məlumata görə, "ağ-qaralar" Naxçıvan təmsilçisi ilə matça iki itki ilə çıxacaq.
Ukraynalı hücunmu Andrey Ştoqrin və ingiltərəli forvard Bassala Sambu zədə səbəbindən qarşıdakı matçda oynamayacaqlar.
Qeyd edək ki, "Neftçi" - "Araz-Naxçıvan" görüşü avqustun 23-də baş tutacaq. "Palms Sports Arena"da reallaşacaq qarşılaşmanın start fiti 20:45-də səsləndiriləcək. İlk turda Bakı klubu "Sumqayıt"ı səfərdə yenibsə (3:1), "qırmızı-ağlar" Qəbələdə meydan sahibi qismində "İmişli" ilə heç-heçəyə razılaşıb - 0:0.
Nihat