
"Neftçi"nin zədəli hücumçusu Bassala Sambunun son vəziyyətinə aydınlıq gəlib.
Klubdan Fanat.Az-a verilən məlumata görə, mövsümün ilk 2 matçını kənardan izləyən ingiltərəli forvard bir neçə gündür ki, fərdi məşqlərə başlayıb.
Onun bu həftə kollektiv çalışmalara qatılacağı gözlənilir.
Xatırladaq ki, "ağ-qaralar" Misli Premyer Liqasının 1-ci turunda qonaq qismində "Sumqayıt"ı (3:1), 2-ci turunda isə öz meydanında "Araz-Naxçıvan"ı (5:0) üstələyib. Ukraynalı mütəxəssis Yuri Vernidubun çalışdırdığı kollektiv hazırda 6 xalla turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.
Nihat