
1-ci Liqa təmsilçisi "Mingəçevir"in avqustun 23-də "Gəncəbasar"la yoxlama oyunu keçirəcəyi bildirilsə də, "işıqçılar" sözügedən çempionatın debütantı "Xankəndi" ilə üz-üzə gəliblər.
Aran təmsilçisindən Fanat.Az-a verilən məlumata görə, Mingəçevir şəhər stadionunda baş tutan qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu, hazırlığa gec başlayan kollektivin yay toplanışı dönəmindəki son yoxlama görüşü olub.
Xatırladaq ki, "Mingəçevir" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 2-ci pillədə başa vurub. Ramiz Məmmədovun rəhbərliyi altında Premyer Liqaya vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzan komandanı hazırda Elman Sultanov çalışdırır.
Nihat