
1-ci Liqanın açılış turunda "Şimal" çempionluğa digər namizəd "Gəncəbasar"la üz-üzə gələcək. Rəqibini Şamaxı OİK stadionunda qəbul edəcək Xaçmaz təmsilçisinin çalışdırıcısı Tural Cəlilovla əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məşqlərimizi davam etdiririk. İlk turda xal qazanmaq istəyirik. Birinci oyunlar hər zaman ağır alınır. "Gəncəbasar"la bağlı dərin məlumatım yoxdur. Amma yaxşı heyətləri olduğunu bilirəm. İstəyirik ki, çempionata yaxşı başlayaq. Bizim üçün heç-heçə də qənaətbəxş nəticə sayılacaq. Düzdür, bəzi futbolçular komandaya gec qoşulduğu üçün hələ tam hazır deyilik. Amma istəkli heyət formalaşdırmağa çalışırıq. Mövsüm başlayana qədər daha yaxşı vəziyyətdə olacağıq".
1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. "Şimal" - "Gəncəbasar" qarşılaşması sentyabrın 4-də, 17:00-da başlayacaq.
Nihat