
"Azərbaycan futbolu adına möhtəşəm qələbə oldu. Stadiona toplaşan azarkeşlər, eləcə də matçı televizordan izləyən azarkeşlər 120 dəqiqəlik oyundan zövq aldılar".
Bu sözləri Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyev deyib.
Tanınmış məşqçi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Hapoel"ə (Beer-Şeva) 1:2 hesabı ilə uduzan "Sabah"ın dünən Tofiq Bəhramov adına Respublika stadionunda İsrail çempionunu 5:2 hesabı ilə darmadağın edərək turnirin əsas mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib: "Meydanda sonadək mübarizə aparan, qol vəziyyətlərini sıralayan bir "Sabah" gördük. Baş məşqçi Valdas Dambrauskasın əvəzləmləri də yerinə düşdü. Ən çox Tellur Mütəllimovun 90+4-cü dəqiqədəki qoluna sevinirəm. İcrası, ifası mükəmməl idi.
İstəyərəm ki, "Sabah"ın Liqa mərhələsindəki rəqiblərinin əksəriyyəti münasib olsun. Bir-iki böyük klub düşsə, ajiotaj naminə o da yaxşı olar".
Nihat