
Ötən mövsümü "Xankəndi"də keçirən vinger Əli Mürsəlovun yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, orta xətt oyunçusu karyerasını 1-ci Liqada davam etdirəcək.
Həm sağ cinah vingeri, həm mərkəz yarımmüdafiəçisi, həm də nominal hücumçu mövqeyində çıxış edə bilən 25 yaşlı futbolçu "Mingəçevir"lə müqavilə bağlayıb.
Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək. "Mingəçevir" ilk görüşünü sentyabrın 4-də "Zaqatala"ya qarşı keçirəcək. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda baş tutacaq matçın start fiti 17:00-da səsləndiriləcək.
Toğrul