14:28 01.09.2026 131

"Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq" - "Xankəndi"nin baş məşqçisi qələbəyə köklənib

Ötən mövsüm 2-ci Liqada çempion olaraq 1-ci Liqaya vəsiqə qazanan "Xankəndi" yeni "futbol ili"nə Zaur Hacıyevin rəhbərliyi altında hazırlaşır. İlk oyununu meydan sahibi qismində "Səbail"ə qarşı keçirəcək kollektivin baş məşqçisi ilə əlaqə saxlayıb komandasını çempionata nə dərəcədə hazır saydığını və turnirin əsas favoritlərindən sayılan rəqib ilə matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Öncə yeni mövsüm münasibəti ilə futbol ictimaiyyətini təbrik edirəm. Bütün klublarımıza, Azərbaycan futboluna uğurlar diləyirəm. "Xankəndi" ilk dəfə bu çempionatda mübarizə aparacaq. Mənim isə həm "Qəbələ"nin əvəzedici komandası, həm də "Karvan-Yevlax"la Birinci Liqa təcrübəm var. Maraqlı mübarizə izləyəcəyimizi düşünürəm. 

Ən azı altı həftəlik yay hazırlığı planlaşdırsaq da, üzürlü səbələrdən təxminən 10 gün gec toplaşdıq. Buna baxmayaraq, məşq qrafikini bir qədər sıxlaşdırdıq, çempionatın startına qədər hazır olmağa çalışdıq. Məncə, o qədər də pis alınmadı. Altı yoxlama oyunu keçirə bildik.Bəzi günlərdə iki məşq etdik. Komanda turnirə müəyyən qədər hazırdır. 

Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq. Biz bütün rəqiblərimizlə oyunlara heç-heçə yox, qələbə üçün çıxacağıq. Büdcə məsələsi əsas amillərdən olsa da, biz aşağı səviyyəli futbolçular transfer etməmişik. Yəni heyətimiz zəngin olmasa da, kifayət qədər təcrübəli oyunçularımız var.  "Səbail"ə qarşı hansı strategiya ilə mübarizə aparacağımızı müəyyənləşdirmişik. Maraqlı mübarizə olacaq. Qeyd etdiyim kimi, bütün oyunlara qələbə üçün çıxacağıq". 

1-ci Liqada yeni mövsüm sentyabrın 3-də başlayacaq. "Xankəndi" ilk oyun günündə Şamaxı OİK stadionunda "Səbail"i qəbul edəcək. Matçın start fiti 17:00-da səsləndiriləcək.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Sentyabr 2026
14:43

Son 10 mövsümün antirekordu yaşandı

14:28

"Bu qarşılaşma "Səbail" üçün o qədər də rahat oyun olmayacaq" - "Xankəndi"nin baş məşqçisi qələbəyə köklənib

14:10

Deniz Gül "Qalatasaray"da - RƏSMİ

13:51

AÇ-2026: Azərbaycan millisi Türkiyə ilə 1/8 final oyununa çıxır

13:32

Mudrik digər İngiltərə klubuna keçir

13:14

"Rəhbərliyin qarşıya qoyduğu hədəf bir yana, özüm də məşqçi kimi buna nail olmaq istəyirəm"

12:55

"Borussiya Dortmund" "Arsenal"ın yarımmüdafiəçisini aldı

12:36

"Mançester Siti" Ndiayeni gətirir

12:17

Məhsuldarlıq aşağı oldu, liderlər dəyişmədi - STATİSTİKA

11:58

"Gəncəbasar" 23 yaşlı yarımmüdafiəçini transfer etdi

11:40

Salahın adı yaşadığı küçəyə veriləcək

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Fənərbağça" Can Uzunu rənglərinə bağlamaq istəyir

10:49

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:30

"Sabahın Ulduzları": "Qarabağ"la "Sabah"ın duelində qalib müəyyənləşmədi

10:09

İkinci Liqada mövsüm start götürür

09:48

Zamiq oynadı, komandası...

09:25

Kənan Yıldız əməliyyat olundu

09:00

Benzema klubsuz qaldı

02:23

"Real Madrid" daha bir ulduzu heyətinə qatır

01:44

La Liqa: "Barselona" "Rayo Valekano"nu əliboş yola saldı

01:33

Premyer Liqa: "Arsenal"dan çətin qələbə

01:20

A Seriyası: "Roma" darmadağına sevindi

00:54

"Qalatasaray"da şok ayrılıq

31 Avqust 2026
23:49

Qurban Qurbanov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

23:25

Filipe Kandido "Qarabağ"a məğlubiyyətdən sonra nə danışdı?

22:58

"Sabah"ı yox, bu klubu seçdi

22:06

MPL: "Sabah"dan minimal hesablı qələbə, "Qarabağ" "Sumqayıt"ı məğlub etdi

21:41

"Komandamızın potensialı böyükdür" - Zaur İsmayılov

21:21

"Neftçi" xorvatiyalı yarımmüdafiəçi ilə gücləndi - RƏSMİ

20:47

Azərbaycan cüdoçuları beynəlxalq turniri 11 medalla başa vurublar

20:30

"Liverpul" 18 yaşlı hücumçu ilə anlaşdı

20:12

Qismət Novruzov federasiyadan narazıdır

19:50

Argentina millisində Messi dövrü başa çatdı

19:14

"Sabah" rumınların transfer arzusunu ürəyində qoydu

18:33

Tarixi rekord: Cekpot ilk dəfə 2 000 000 manatı keçdi

18:16

Uotkins "Əl-Hilal"ın şərəfini qoruyacaq

17:52

"Mançester Siti" 22 yaşlı vingeri heyətinə qatdı - RƏSMİ

17:34

"Xankəndi"nin həkimi getdi

17:16

"Liverpul" 18 yaşlı qapıçı üçün 35 milyon avro ödəyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X