
Misli Premyer Liqasının 4-cü turunda "Şəfa"nı qəbul edəcək "Neftçi"nin heyəti ilə bağlı son vəziyyət açıqlanıb.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Asəf Zeynallı məlumat verib:
"Hazırda heyətdə cəzalı futbolçu yoxdur. Təkcə Ştoqrin oynamayacaq. Bud əzələsində ağrılar olduğuna görə, hələ fərdi məşqlər edir. Amma növbəti həftədən kollektiv məşqlərə qoşulması planlaşdırılır".
"Neftçi" - "Şəfa" görüşü sentyabrın 5-də reallaşacaq. "Palms Sports Arena"da baş tutacaq qarşılaşmanın start fiti 20:45-də səsləndiriləcək.
Nihat