
"Mövsümün ilk oyunu hər zaman çətin olur. MOİK yaxşı komandadır, keyfiyyətli oyunçuları var".
Bu sözləri Fanat.Az-a açıqlamasında "Şahdağ Qusar"ın cinah müdafiəçisi Mehrac Baxşalı deyib.
Sentyabrın 3-də start götürəcək 1-ci Liqanın ilk turunda MOİK-in qonağı olacaq bölgə təmsilçisinin futbolçusu belə danışıb:
"Hazırlığımız yaxşı keçib, özümüzü oyuna tam hazır sayırıq. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyi, qələbə qazanmağı düşünürük".
MOİK - "Şahdağ Qusar" matçı ilk turun birinci oyun günündə baş tutacaq. Binə qəsəbə stadionunda reallaşacaq görüş 17:00-da başlayacaq.
Mehrac geridə qalan "futbol ili"ndə "hərbçilər"in formasını geyinib.
Nihat