
Misli Premyer Liqasının 4-cü turunda "Turan Tovuz"un qonağı olacaq "Sumqayıt"ın heyəti ilə bağlı son vəziyyət bəllidir.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Uzun müddətə sıradan çıxan Səbuhi Abdullazadə, Ceyms Almeyda və Roi Kehartı nəzərə almasaq, komandada başqa zədəli və ya cəzalı futbolçu yoxdur".
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" matçı sentyabrın 6-da keçiriləcək. Qarşılaşmanın start fiti 18:00-da səsləndiriləcək. "Gənclik şəhəri" təmsilçisi əvvəlki 3 oyunda xal qazana bilməyib və turnir cədvəlinin son pilləsində qərarlaşıb. 4 xala malik "boz qurdlar" isə 5-ci yerdədir.
Nihat