
“Qəbələ”nin məşqçisi Amil Ağacanov Misli Premyer Liqasının 4-cü turunda “İmişli”yə 2:1 hesabı ilə qalib gəldikləri görüş haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında qələbəni belə dəyərləndirib:
“Üç oyundan sonra 1 xalımız var idi. Komandamızda bəzi dəyişikliklər oldu. Ondan sonra biz məşqçilər heyəti keçirdiyimiz oyunları analiz etdik və daha yaxşı hazırlaşdıq. Bilirdik ki, “İmişli” komandası uzun toplardan çox istifadə edir və standartlarda yaxşı oynayırlar. Buna uyğun planla hazırlaşdıq. Şükürlər olsun ki, qələbə qazandıq. Qələbə münasibəti ilə bütün futbolçuları, azarkeşləri, ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm".