
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində bu gün "Sumqayıt"ı qəbul edəcək "Turan Tovuz"un heyəti ilə bağlı son vəziyyət bəllidir.
Bu barədə Fanat.Az-a qərb təmsilçusinin sözçüsü Süleyman Tağıyev məlumat verib.
Onun sözlərinə görə, "boz qurdlar" "kimyaçılar"la matça itkisiz çıxacaqlar. Tağıyev hücumameyilli yarımmüdafiəçi Aleks Serranonun da sıraya döndüyünü, hazırda heyətdə zədəli və ya cəzalı futbolçu olmadığını bildirib.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" qarşılaşması 18:00-da başlayacaq.
Nihat