
MOİK-in zədəli futbolçularının - Yusif Nəbiyevin, Kamran Quliyevin və Ceyhun Muxtarlının son vəziyyətinə aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, 1-ci turda "Şahdağ Qusar"a 0:1 hesabı məğlub olduqları matçda meydana çıxmayan oyunçular arasında müdafiəçi Nəbiyevin yaxın günlərdə sıraya dönmək ehtimalı yüksəkdir.
Hücumçu Quliyevin ayaq barmağında problem yaransa da, onun da növbəti görüşdə - "Şimal" ilə oyunda komandasına kömək ehtimalı 70-80 faizdir. Muxtarlıya gəlincə, əzələsindən müalicə alan yarımmüdafiəçinin daha 10 gün yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Xatırladaq ki, MOİK - "Şomal" matçı sentyabrın 11-də keçiriləcək. Binə qəsəbə stadionunda baş tutacaq görüşün start fiti 16:30-da səsləndiriləcək.
Nihat