
Misli Premyer Liqasının 4-cü turunda "Kəpəz"i səfərdə 4:1 hesabı ilə məğlub edən "Şamaxı" növbəti çempionat oyununu qonaq qismində "Sumqayıt"a qarşı keçirəcək. "Aslanlar"ın baş məşqçisi Azər Bağırovla əlaqə saxlayıb cari mövsüm xala həsrət qalan "kimyaçılar"a qarşı matçdan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqib keyfiyyətli oyunçulardan yığılmış komandadır. Bu yay "Sumqayıt"la yoxlama oyunu da keçirmişik. Onların nə dərəcədə güclü kollektiv olduğunu bilirik. Neçə turdur ki, cüzi səhvlər üzündən xal qazana bilmirlər. Bizi maraqlı mübarizə gözləyir. Komandanı oyuna kökləyib çətin səfər matçına hazırlaşacağıq".
Nihat