
1-ci Liqanın ilk turunda səfərdə "Şimal"ı 2:1 hesabı ilə məğlub edən "Gəncəbasar" 2-ci turda "Xankəndi"ni qəbul edəcək. Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb bu gün 17:00-da başlayacaq matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Rəqibin "Səbail" ilə oyununu (1:1) canlı izləmişəm. "Xankəndi"nin heyətində kifayət qədər təcrübəli futbolçular var. Həm taktiki, həm fiziki planda hazırlıqlı kollektivdir. Bu, "Gəncəbasar"ın ilk ev oyunudur və bizim üçün çox önəmli qarşılaşmadır. Gəncədə qələbə qazanmaq istəyirik. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Torpaqlarımızın işğaldan azad olunması və Xankəndinin adını daşıyan komandanın 1-ci Liqada mübarizə aparması çox xoşdur".
Nihat