
1-ci Liqanın 2-ci turu çərçivəsində dünən iddialı "Karvan-Yevlax"ı qəbul edən "Şahdağ Qusar" Binə qəsəbə stadionunda 2:0 hesablı qələbə qazandı. Çempionluğa əsas namizədlərdən olan Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun çox gərgin alındı. Belə olacağını əvvəldən bilirdik. Rəqibin ilk oyununu təhlil etmişdik. Müəyyən informasiyalar toplamışdıq. Futbolçuları bu barədə məlumatlandırmışdıq. "Karvan" güclü, keyfiyyətli futbolçulardan qurulmuş kollektivdir.
Futbolçular meydanda çox güc sərf etdilər. Qapımızda qol görmədən iki qol vuraraq qalib gəldik. Meydanda əzmkarlıq göstərən, sonadək mübarizə aparan futbolçularımı təbrik edirəm. Hər biri verilən tapşırığı yerinə yetirmək üçün bacardığını əsirgəmədi. Qələbəni bizi tək qoymayan azarkeşlərimizə hədiyyə edirik".
Nihat