
“Sumqayıt” bu gün Misli Premyer Liqasının 5-ci turunda “Şamaxı”nı qəbul edib.
Fanat.Az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Filipe Kandidonun mətbuat konfransı keçirilib.
Portuqaliyalı mütəxəssis komandasının bu nəticəyə layiq olmadığını bildirib:
"Düşünürəm ki həm ilk, həm də ikinci hissədə kifayət qədər qol imkanları yaratdıq. Təəssüf ki bunların birindən başqa heç birindən istifadə edə bilmədik. Bugünkü rəqibimiz də digərləri kimi güclü və təhlükəli idi. Fikrim düzgün çıxmaya bilər, amma məncə komandam bu gün bir xaldan daha çoxuna layiq idi. Onlarda müəyyən qədər inkişaf görürəm. Ümidvaram ki növbəti oyunlarda qələbə qazana biləcəyik".