
1-ci Liqa təmsilçisi "Mingəçevir"i növbəti çempionat oyununa məşqçi Samir Məmmədov çıxaracaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb baş məşqçi Elman Sulatnovun Azərbaycanı tərk etməsidir.
Sözügedən mütəxəssis hazırda Gürcüstandadır. O, Pro kateqoriyası kurslarına qatılmaq üçün qonşu ölkəyə yollanıb.
Qeyd edək ki, mövsümün hazırlığına avqustda başlayan "işıqçılar" ilk 2 turda 1 xal qazanıblar. Açılış turunda öz meydanında "Zaqatala" ilə 2:2 hesablı məhsuldar bərabərliyə razılaşan "Mingəçevir" ardından qonaq qimsində "Səbail"ə uduzub - 1:2. Aran təmsilçisi 3-cü turda "Gəncəbasar"ı qəbul edəcək.
Nihat