
“Şəfa” Misli Premyer Liqasının 5-ci turunun son matçında bu gün “Sabah”ı qəbul edib.
Fanat.Az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan Bakı təmsilçisinin baş məşqçisi Zaur Həşimov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:
"Düşünürəm ki, baxımlı oyun oldu və azarkeşlər matçdan həzz ala bildilər. 26-cı dəqiqəyə qol buraxanadək komandamın oyunundan razı idim. Əlbəttə, rəqibin də gücünü nəzərə almaq lazımdır. Çox yaxşı komandaya qarşı mübarizə apardıq cəmi 3-4 gün əvvəl Mançesterdə matça çıxmış bir kollektivdən söhbət gedir. Buna baxmayaraq, onlara qarşı layiqincə mübarizə apardığımızı düşünürəm. Yalnız buraxdığımız qollar məni narahat edir. Ümumilikdə isə futbolçulardan narazı qalmadım, hətta razı da qaldım. Düşünürəm ki, "Şəfa” öz oyunu ilə bu çempionata xüsusi rəng qata bilib. Gələcəkdə daha yaxşı futbol nümayiş etdirəcəyimizə inanıram".