
Misli Premyer Liqasının 6-cı turunda "Sabah"ın qonağı olacaq "İmişli"nin heyəti ilə bağlı son vəziyyət bəllidir.
Bu barədə Fanat.Az-a "pələnglər"in sözçüsü Bəhruz Musayev məlumat verib.
Klub rəsmisi cəzalı və ya zədəli futbolçu olmadığını, komandanın son çempionla matça tam heyətlə hazırlaşdığını bildirib.
Qeyd edək ki, "Sabah" - "İmişli" görüşü sentyabrın 19-da keçiriləcək. "Bank Respublika Arena"da reallaşacaq qarşılaşmanın start fiti 19:45-də səsləndiriləcək. Hazırda 12 xalı olan "bayquşlar" turnir cədvəlinin 1-cü, 4 xala malik "İmişli" isə 9-cu pilləsində qərarlaşıb.
Nihat