
1-ci Liqanın 3-cü turunda "Mingəçevir"i 3:0 hesabı ilə məğlub edərək ardıcıl 3-cü qələbəsini qazanan "Gəncəbasar"ın futbolçuları bir müddət məşq etməyəcəklər.
Bu barədə Fanat.Az-a Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev məlumat verib.
O, əvvəlki görüşlərdən sonra bazada qalan oyunçulara 5 günlük istirahət imkanı yaradıldığını bildirib.
Qeyd edək ki, Elhad Nəzirinin çalışdırdığı "Gəncəbasar" ilk 3 turda maksimum xal toplayıb. Sözügedən komanda 1-ci Liqanın turnir cədvəlində 2 liderdən biridir.
Nihat