
1-ci Liqanın 3-cü turunda səfərdə "Mingəçevir"i 3:0 hesabı ilə üstələyən "Gəncəbasar" xallarının sayını 9-a çatdırdı. Turnir cədvəlinin iki liderindən biri olan Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb qələbəni şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Yeni yaradılmış bir komanda üçün 3 oyunda 3 qələbə təbii ki, sevindirici haldır. Futbolçularımı təbrik edir, bizi səfər matçında tək qoymayan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Futbolçular verdiyim tapşırıqları 100 faiz olmasa da, 60-70 faiz yerinə yetirdilər. Daha artığına nail olmaq üçün müəyyən zamana və keyfiyyətli futbolçulara ehtiyac var. Rəhbərliklə görüş zamanı da qeyd etmişdim ki, gənclərdən ibarət komanda qursaq da, hədəfim yuxarı yerlər uğrunda mübarizə aparmaq olacaq. Çünki bir məşqçi kimi qarşıma məqsəd qoymuşam. Hədəfimə çatmaq istəyirəm.
Bu oyun artıq geridə qaldı. Növbəti qarşılaşma haqda düşünürük".
Nihat