
1-ci Liqanın 3-cü turunda "Xankəndi" ilə qarşılaşan MOİK cari mövsüm çempionatda ilk qələbəsini qazandı - 2:0. "Hərbçilər"in baş məşqçisi İlham Yadullayevlə əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Xankəndi" ilə oyuna yaxşı hazırlaşmışdıq. Əvvəlki iki turda 1 xal qazana bilmişdik. Qələbəmiz yox idi. Qələbə qazanmağı çox istəyirdik. Rəqibi təhlil etsək də, ilk yarıda oyunumuz tam alınmadı. Çünki "Xankəndi" fərqli sistemlə mübarizə aparırdı. İkinci yarıda dəyişikliklər etdik və 2 qol vuraraq 3 xal qazandıq. Bu 3 xala həm mental, həm də psixoloji baxımdan çox ehtiyacımız var idi. Düşünürəm ki, bunda sonra qələbənin ardı gələcək.
Sabahdan məşqlərimiz bərpa olunur. İkihəftəlik fasilə dönəmində iki yoxlama oyunu keçirəcəyik. Bəzi zədəli oyunçularımızın bizə kollektiv məşqlərə qoşulacağını gözləyirik. Fasilə həm də yeni futbolçuları daha yaxından tanımaq, sınaq matçlarında oynatmaq baxımından faydalı olacaq".
Nihat