
1-ci Liqa təmsilçisi "Gəncəbasar" milli komandaların oyunları ilə bağlı yaranan fasilə dönəmində iki yoxlama oyunu keçirəcək.
Bu barədə Fanat.Az-a Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri məlumat verib:
"Komanda bir yığılandan futbolçular evlərinə getməmişdilər. Mental olaraq yorğun idilər. "Mingəçevir"lə sentyabrın 17-də keçirdiyimiz oyundan sonra uşaqlara 5 günlük istirahət verdik. Sabah məşqləri bərpa edəcəyik.
Sentyabrın 29-da 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi, oktyabrın 2-də isə "Kəpəz"in əsas komandası ilə sınaq matçları nəzərdə tutulub. Fasilə bitənə qədər komandanı daha yaxşı səviyyəyə çatdırmağı hədəfləmişik".
Qeyd edək ki, ilk 3 turda 3 qələbə qazanan "Gəncəbasar" 1-ci Liqanın turnir cədvəlinin şərikli lideridir.
Nihat