
Cavid Hüseynovu istefaya göndərən "Araz-Naxçıvan"ın yeni baş məşqçisinin kim olacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu posta Yuri Maksimov gətirilib.
57 yaşlı mütəxəssislə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Sözügedən çalışdırcının təyinatının bu gün açıqlanacağı gözlənilir.
Maksimov daha öncə də Azərbaycanda işləyib. O, 2017/2018 mövsümündə "Keşlə"nin "sükanı arxası"nda olub.
Qeyd edək ki, 6 oyuna 2 xal toplayan Naxçıvan təmsilçisi Misli Premyer Liqasının turnir cədvəlində sonuncu - 12-ci pillədə mövqe tutub.
Nihat