
"Araz-Naxçıvan"ın milli komandaların oyunları ilə əlaqədar yaranan ikihəftəlik fasilə dönəmində hazırlıq planları bəlli olub.
Naxçıvan təmsilçisinin mətn Fanat.Az-a verilən məlumata görə, komanda sabah yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunda bir araya gələcək.
Dörd futbolçusu millilərin düşərgəsində olan "qırmızı-ağlar"ın 2 yoxlama oyunu keçirəcəyi də dəqiqləşib. Sözügedən kollektiv sentyabrın 27-də "İmişli", oktyabrın 2-də isə "Neftçi" ilə qarşılaşacaq.
Qeyd edək ki, 6 oyuna 2 xal toplayan Naxçıvan təmsilçisi Misli Premyer Liqasının turnir cədvəlində sonuncu - 12-ci pillədə mövqe tutub.
Nihat