Sentyabrın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda yoldaşlıq görüşünə çıxan və Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən futbol üzrə Azərbaycan millisi bazar günü Milklətlər Liqasında ilk oyununu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qonaq qismində Litva ilə üz-üzə gələcək. Turnirin D liqası çərçivəsində reallaşacaq qarşılaşma ərəfəsində millinin sabiq hücumçusu Vüqar Nadirovla əlaqə saxlayıb Abbasovlu seçmədən nə gözlədiyini soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: "Tacikistanla görüşdə baş məşqçinin optimal heyətdən istifadə etdiyini düşünmürəm. Reallığı nəzərə alsaq, orta səviyyəli oyun oldu. Toral Bayramovun cərimə zərbəsindən vurduğu qol çox yaxşı alındı. Bəzi epizodlarda qol şanslarını boşa verdik. Tacikistanın da fərqlənmək imkanları var idi. Bir məqamı unutmayaq ki, onlar FİFA-nın sıralamasında bizdən öndədirlər. Yəni Azərbaycan millisinin Tacikistana çox qol vuracağını, rəqibi böyük fərqlə üstələyəcəyini gözləmirdim. Əsas odur ki, qələbə qazandıq. Bizim üçün hər qələbə vacibdir. Litva ilə oyuna matça gəlincə, bu komandanı da məğlub edə bilərik. Litva Azərbaycan millisi ilə eyni səviyyədə rəqibdir. Komandamız səfərdə oynasa da, evə 3 xalla qayıda bilər. Oyuna yaxşı köklənmək və sonadək mübarizə aparmaq lazımdır. Millimizə uğurlar arzulayıram". Nihat
"Litva Azərbaycan millisi ilə eyni səviyyədə rəqibdir" - Nadirov Tacikistanla oyundan razı qalıbmı?
TREND
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Futbol
22:35
04.11.2026
"Qarabağ"da parladı, bəhrəsini indi görür
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:53
09.11.2026
“Qəbələ” fasilə zamanı yoxlama matçı keçirəcək
Azərbaycan futbolu
16:59
09.11.2026
2-ci Liqa: Meydan sahibləri darmadağına sevindilər
Azərbaycan futbolu
16:12
09.11.2026
Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirildi
Azərbaycan futbolu
15:47
09.11.2026
“Qarabağ”ın bu qədər geriləyəcəyini gözləmirdim” - Aslan Kərimov