Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində ilk yoxlama oyununu bu gün digər 1-ci Liqa təmsilçisi "Mingəçevir"ə qarşı keçirən "Şahdağ Qusar" 8 cavabsız qolla qalib gəldi. Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb darmadağını şərh etməsini istədik. Təcrübəli mütəxəssisin Fanat.Az -a açıqlaması belə oldu: "Bu, sınaq matçı idi. Bizə vacib olan Birinci Liqa komandası ilə qarşılaşmaq idi. Nəticənin böyük olması xüsusi önəm daşımır. "Mingəçevir"in heyətində də təcrübəli oyunçular var. Hesabın belə olmasının səbəbi bəlkə də qolların tez vurulmasıdır. Ola bilsin ki, rəqib komanda ruhdan düşdü... Düşünürəm ki, "Mingəçevir" bundan sonra da Birinci Liqaya rəng qatacaq. Futbolçularımı təbrik edirəm. Sınaq görüşü olsa da, bu oyuna da düzgün yanaşmaları xoşuma gəldi. Yəni mənim üçün oyunçularımızın verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmələri, xarakter nümayiş etdirmələri daha önəmli məqamdır. Digər yoxlama oyunlarını da yaxşı motivasiya ilə keçirib "Zaqatala" ilə çempionat matçına hazır olmalıyıq". Qeyd edək ki, 1-ci Liqanın ilk 3 turunda maksimum nəticə qazanan "Şahdağ Qusar" hazırda turnir cədvəlinin zirvəsində mövqe tutub. Nihat
Füzuli Məmmədov 8:0-ı belə şərh etdi
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Tv Afişa
09:00
10.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
14:50
10.11.2026
AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu keçirilir
Azərbaycan futbolu
12:30
10.11.2026
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur
Azərbaycan futbolu
09:41
10.11.2026
"Sumqayıt"ın legioneri yığmaya çağırıldı
Tv Afişa
09:00
10.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA