Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq. Fanat.Az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında deyib. Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litvaya qarşı keçirdikləri qarşılaşmanı dəyərləndirib: "Penalti epizodu şübhəli idi. Epizodun əvvəlində Emil Səfərova qarşı kobudluq var idi. Hesabı bərabərləşdirəndən sonra üstünlüyü ələ aldıq. Komanda şəklində intizamlı oynadıq. Azərbaycan xalqı üçün anlamlı bir gündə meydana çıxdığımızın fərqində idik. Qalib də gələ bilərdik. Amma uduzmamaq da vacib idi. İnşallah, qələbələr də gələcək". Mütəxəssis hədəfin qrupda 1-ci yeri tutmaq olduğunu vurğulayıb: "Bu məqsəd üçün sona qədər mübarizə aparacağıq. D Liqasından yuxarı qalxmaq istəyirik. Eyni zamanda milli komanda oyun planında daha da inkişaf etməlidir. Oyun baxımından artıq buna nail oluruq. İstədiyimiz oyunu sərgiləyirik. Milli üzvlərində özünəinam formalaşıb. Zamanla daha da yaxşı olacağıq. Lixtenşteynlə növbəti matçda qələbə üçün oynayacağıq". Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
Ayxan Abbasov Litva ilə matçdan sonra nə danışdı?
TREND
Dünya futbolu
00:40
09.11.2026
Arda üçün 200 milyonluq təklif, "Fənərbağça"ya milyonlar köçəcək
Tv Afişa
09:48
11.11.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Tv Afişa
10:23
08.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:28
06.11.2026
Dambrauskas Avropaya yollanır, Musayev Bakıya qayıdır?
Oxşar xəbərlər
Azərbaycan futbolu
17:24
11.11.2026
Millinin "cırtdan"la tale yüklü duelinə ön söz
Azərbaycan futbolu
17:05
11.11.2026
"Turan Tovuz" sınaq matçına çıxacaq? - AÇIQLAMA
Azərbaycan futbolu
16:46
11.11.2026
"Məğlubiyyətin səbəbi barədə nəsə deyib bəhanə gətirmək düzgün deyil" - "Şirvan"ın baş məşqçisi
Azərbaycan futbolu
16:27
11.11.2026
Cavadov komandasını 2-ci yerə yüksəldən qələbəni şərh etdi