
1-ci Liqa təmsilçisi "Xankəndi" yeni baş məşqçisi Röyal Nəcəfovun rəhbərliyi altında dünəndən məşqlərini bərpa edib.
Fanat.Az-ın məlumatına görə, Qarabağ təmsilçisi "Neftçi"nin köhnə bazasında bir araya gəlib.
Sözügedən komandanın milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmində yoxlama görüşü keçirəcəyi də dəqiqləşib. "Xankəndi" oktyabrın 2-də Binə qəsəbə stadionunda MOİK ilə üz-üzə gələcək.
Xatırladaq ki, əvvəlki iş yeri bu yay ayrıldığı "Baku Sportinq" olan Nəcəfov baş məşqçi postunda Zaur Hacıyevi əvəzləyib. Klub yeni təyinatı hələ rəsmən açıqlamayıb.
Nihat