1-ci Liqa təmsilçisi "Zaqatala"nın hazırlıq planlarında dəyişiklik olub. Bu barədə Fanat.Az -a komandanın baş məşqçisi Rakif Əliyev məlumat verib: "Millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində Premyer Liqa komandalarından biri ilə sınaq matçına çıxmaq istəsək də, uyğun vaxtda belə bir rəqiblə qarşılaşmaq planımız həyata keçmədi. "Şəfa" ilə oktyabrın 4-də oynamaq variantı var idi. Lakin bu tarix bizim üçün münasib deyil. Çünki oktyabrın 8-də çempionatın 4-cü turu çərçivəsində "Şahdağ Qusar"la səfər matçına çıxmalıyıq. Bu səbədən sentyabrın 30-da ikitərəfli oyun keçirəcəyik". Xatırladaq ki, ilk 3 oyuna 4 xal toplayan "Zaqatala" turnir cədvəlinin 6-cı pilləsində mövqe tutub. Nihat
"Zaqatala"nın planları dəyişdi - SƏBƏB
TREND
Oxşar xəbərlər
Media
18:15
13.11.2026
Birinci dövrənin yekunu fonunda yeni çempion axtarışı - Lider "Neftçi", özünə gəlməyən "Qarabağ"
Azərbaycan futbolu
17:30
13.11.2026
"Mingəçevir"i hansı mütəxəssisin çalışdıracağı bilindi
Azərbaycan futbolu
17:11
13.11.2026
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırdı
Azərbaycan futbolu
16:33
13.11.2026
"Neftçi"nin 7 futbolçusu millilərin düşərgəsində olsa da...