
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununa çıxıb.
Fanat.Az-ın məlumatına görə, Elgiz Kərəmlinin rəhbərlik etdiyi yığma Gəncə toplanışı çərçivəsində "Gəncəbasar"la üz-üzə gəlib.
Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. Milli daha öncə "Kəpəz"in əvəzediciləri ilə heç-heçə oynamışdı - 1:1. Kərəmlinin "drujina"sı növbəti sınaq oyununu oktyabrın 2-də "Kəpəz"in əsas komandasına qarşı keçirəcək.
Qeyd edək ki, "Gəncəbasar" 1-ci Liqanın ilk 3 turunda maksimum nəticə göstərib. Elhad Nəzirinin baş məşqçisi olduğu kollektivin və "Şahdağ Qusar"ın hərəyə 9 xalı var. Qusar təmsilçisi digər göstəricilərə görə zirvədə qərarlaşıb.
Toğrul