
1-ci Liqa təmsilçisi "Səbail"in millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində keçirəcəyi yeganə yoxlama oyununun vaxtı dəqiqləşib.
Klubdan Fanat.Az-a verilən məlumata görə, digər 1-ci Liqa komandası "Şimal" ilə sınaq matçı sabah səhər saatlarında keçiriləcək.
Qarşılaşma Binə qəsəbə stadionunda reallaşacaq.
Qeyd edək ki, "Səbail"ə hazırda Elnur Abdullayev rəhbərlik edir. Sözügedən kollektiv 1-ci Liqanın ilk 3 turunda 7 xal toplayıb və hazırda turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.
Nihat