
Bu gün 1-ci Liqa təmsilçisi MOİK "Xankəndi" ilə yoxlama oyunu keçirib.
Fanat.Az-ın məlumatına görə, Binə qəsəbə stadionunda baş tutan qarşılaşma 17:00-da başlayıb.
Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. "Hərbçilər"in yeganə qoluna Vidadi Cəfərov imza atıb.
Qeyd edək ki, 1-ci Liqanın ilk 3 turunda 4 xal toplayan MOİK turnir cədvəlinin 5-ci, 1 xala malik "Xankəndi" isə 7-ci pilləsində mövqe tutub.
Nihat