00:29 04.10.2026 211

Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər

Futbol bəzən 90 dəqiqəlik yaşıl meydan mübarizəsindən çox daha dərin mənalar kəsb edir. Xüsusilə də Azərbaycan və Türkiyə kimi iki qardaş ölkənin təmsilçiləri üz-üzə gələndə, məsələ sadəcə hesab və ya top fərqi olmur. "Turan Tovuz" - "Fənərbağça" qarşılaşması da tam olaraq bu fəlsəfə ilə, tribunaları dolduran minlərlə azarkeşin coşğusu və dalğalanan iki ölkənin bayraqları altında təşkil olunmuşdu. Lakin təəssüf ki, həmin gecə yaddaşlara dostluq mesajları ilə deyil, yaşanan xaos və peşəkarlıqdan uzaq mənzərə ilə həkk olundu.

Meydandakı ilk böhranı Meyson Qrinvud başlatdı. İngiltərəli hücumçunun Roderik Millerə qəsdən zərbə endirməsi birbaşa qırmızı vərəqə ilə nəticələndi. Ardınca Mateo Qenduzinin kəskin etirazları gərginliyi pik həddə çatdırdı; hətta fransalı futbolçunun komandanı meydandan çıxarmağa çalışdığı təəssüratı yarandı. Sonda tərəflərin qarşılıqlı razılığı ilə Qrinvudun yerinə Adnan Fettahoğlu oyuna daxil oldu və İstanbul təmsilçisi mübarizəni 11 nəfərlə tamamladı.

Gərginlik təkcə meydandakı mübarizə ilə məhdudlaşmadı. Yerli mətbuatın yaydığı məlumata görə, "Fənərbağça"nın prezidenti Əziz Yıldırım qırmızı vərəqə epizoduna və yaşananlara sərt etiraz edərək "Turan Tovuz"un prezidenti Ehtiram Quliyevə narazılığını bildirib və VIP zonanı tərk edib. Hətta bu faktın özü belə, dostluq oyununun necə gözlənilməz və arzuolunmaz bir məcraya yönəldiyinin aydın göstəricisidir.

Matç bitdikdən sonra isə mənzərə daha da acınacaqlı hal aldı. "Fənərbağça"nın baş məşqçisi İsmayıl Kartal mətbuat konfransına qatılmadı. Miks-zonada öz peşəkar vəzifəsini yerinə yetirmək üçün saatlarla gözləyən onlarca jurnalist – o cümlədən mən, qonaq komandanın qəribə qadağası ilə üzləşdik. "Fənərbağça" rəhbərliyi və nümayəndələri miks-zonadakı media mənsublarının sıxlığından və çoxluğundan narahatlıq keçirərək futbolçularının jurnalistlərə açıqlama verməsinə qəti şəkildə icazə vermədilər. Media sıxlığını bəhanə edən İstanbul təmsilçisi, futbolçularını mətbuatdan təcrid edərək zonadan sürətlə uzaqlaşdırdı.

Burada artıq söhbət futbolçunun adından, qırmızı vərəqədən və ya matçın nəticəsindən getmir. "Dostluq qarşılaşması" titulu daşıyan bir oyunda rəqibə, azarkeşə və mətbuata göstərilən münasibət həmin dostluğun əsl mahiyyətini ortaya qoyur. Tribunalarda dalğalanan bayraqların coşğusuna kölgə salan yeganə şey – böyük klub adına yaraşmayan bu cılız addımlar oldu.

Kamil Xudiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

04 Oktyabr 2026
00:29

Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər

03 Oktyabr 2026
23:13

"Barselona"nın yeni "9 nömrə" planı

22:47

Əsas sponsorun açıqlaması klubu çətinə saldı

22:10

"Liverpul"un ulduzu İspaniyaya köçür

21:58

"Fənərbağça" "Turan Tovuz"u məğlub etdi

21:17

"Etihad" dünyanın ən qorxulu hüquq şirkəti ilə müqavilə bağladı

20:39

"Şəfa" - "İmişli" matçında qalib müəyyənləşmədi

20:08

"Qarabağ" "Zirə"ni yendi

19:54

II Liqa: "Şəmkir" darmadağına sevindi

19:38

ABL: "Gəncə" "Ordu"nu üstələdi

19:12

“Qəbələ” Yaponiya millisinə məğlub oldu

18:50

Holand "Liverpul"da?

18:11

Aşağı liqaya düşsələr belə, milli komandaya çağıracaq

17:49

"Barselona" Qvardiola maraq göstərir

17:18

"Bu oyuna yalnız və yalnız qələbə qazanmaq üçün hazırlaşırıq" - Füzuli Məmmədov

16:40

"Turan Tovuz" ilə "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər

16:02

Fərhat Gündoğdu həbs edildi

15:47

Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"

15:06

"Son matçdan sonra futbolçuların hər biri ilə təkbətək söhbət etmişik" - Ayxan Abbasov

14:50

"Qəbələ" millidə 11 matça çıxan legioneri heyətinə qatdı - RƏSMİ

14:17

Bu gün Azərbaycanın U-20 millisi yoldaşlıq oyununa çıxacaq

13:43

"Real Madrid" argentinalı ulduzu istəyir

13:16

UEFA Millətlər Liqası: İspaniya Çexiyanı, Xorvatiya İngiltərəni qəbul edir

12:58

Olise "Bayern Münhen"ə şərt qoydu

12:28

"Barselona"da Feliksə yer yoxdur

11:53

"Fənərbağça"da 100 faiz oynaya bilsəm, vəziyyətin fərqli olacağına əminəm" - Lukaku

11:20

Montella istefa çağırışlarına cavab verdi

10:30

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

10:13

ABL: "Ordu" "Gəncə"ni qəbul edir

09:41

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

"Turan Tovuz" "Fənərbağça"ya qarşı

00:49

Millətlər Liqası: Türkiyə millisi darmadağına uğradı

02 Oktyabr 2026
23:58

"Real Madrid" onun üçün 200 milyon ödəyəcək?

23:11

"Liverpul"un kapitanı karyerasını İtaliyada davam etdirəcək?

22:57

"Barselona"dan şok həmlə

22:09

Azərbaycan millisinin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşdi

21:36

"Futbolçularıma Premyer Liqa komandasına göstərdikləri müqavimətə görə təşəkkür edirəm"

21:07

ABL: "Sumqayıt" NTD kollektivini məğlub etdi

20:39

Donnarumma "Real Madrid"ə keçid edəcək?

20:11

Azərbaycan üzgüçülərindən "İpək Yolu" Dünya Kubokunda yeni rekordlar

Facebookdan bizi izləməyi unutmayın.
X