Fanat.Az 9 yaşını qeyd edir. 10 il əvvəl - 2007-ci ilin 5 oktyabrında "Qaynarinfo" saytının tərkibində sport.qaynar.info kimi fəaliyyətə başlayan sayt 2008-ci ilin 10 oktyabrından etibarən müstəqil domen olaraq fəaliyyət göstərir.
Fanat.Az Azərbaycanın ilk milli xəbər portalıdır. Ondan əvvə rusdilli portallar, həmçinin Azərbaycan dilində agentliklərin və digər saytların idman əlavələri fəaliyyət göstərsə də, Azərbaycan dilində ilk idman portalı Fanat.Az olub. Fanat.Az-ın fəaliyyətə başlamasından sonra bu sahəyə diqqət artıb və onlarla yeni saytlar yaranıb.
Fanat.Az yarandığı gündən futbolsevərlərin sevimli xəbər saytına çevirilib. İlk gündən eksküliziv xəbərləri, maraqlı müsahibləri, ölkənin tanınmış köşə yazarlarının yazıları ilə oxucularının görüşünə gələn Fanat.Az 9 ildə öz yoluna sadiq qalıb və oxucusunun, futbol azarkeşinin maraqlarına xidmət edib.
Fanat.Az 2010-cu ildə "İlin ən yaxşı idman saytı" seçilib. Extratime.az saytının keçirdiyi sorğuda 1600 səsdən 36 faizini toplayan Fanat.Az 17 idman saytı arasında birinci olub.
Bütün çətinliklərə, maliyyə və texniki probemlərə baxmayaraq Fanat.Az artıq 9 ildir ki, fəaliyyətini davam etdirir. 10-cu ilinə qədəm qoyan Fanat.Az-ın hələ uzun ilər xidmətinizdə olmaq arzusu ilə...
Fanat.Az-ın kollektivi