Topaz Premyer Liqasında VIII turun oyun cədvəli müəyyənləşıb. Fanat.Az xəbər verir ki, ikinci dövrənin ilk turunun matçları 3 gün ərzində baş tutacaq.
İlk oyun oktyabrın 13-də "İnter”lə "Qarabağ” arasında keçiriləcək. Ertəsi gün "Sumqayıt” "Qəbələ”ni, "Zirə” isə "Kəpəz”i qəbul edəcək.
Oktyabrın 15-də isə "Neftçi” "Səbail”lə səfərdə üz-üzə gələcək.
Premyer Liqa
VIII tur
13 oktyabr
15:30. "İnter” – "Qarabağ”
"İnter Arena”
14 oktyabr
16:00. "Zirə” – "Kəpəz”
Zirə İdman Kompleksinin stadionu
18:00. "Sumqayıt” – "Qəbələ”
"Kapital Bank Arena”
15 oktyabr
18:30. "Səbail” – "Neftçi”
"Dalğa Arena”
Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Fanat.Az