AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun II turunda qeydə alınan qayda pozuntularına hüququi qiymət verib.
"Ağsu"nun futbolçusu Vadim Abdullayev "Şüvəlan"la oyunun 79-cu, "Binə"nin üzvü Kamil Hüseynov "Mil-Muğan”la görüşün 90+3-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydanı tərk edib. Hər iki futbolçu 1 oyunluq cəzalandırılıb, klubları 20 manat cərimə edilib.
"Xəzər" "Turan Tovuz"la, "Ağsu" "Şüvəlan"la oyunda 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimələnib.
Fanat.Az