Futzal üzrə Azərbaycan çempionu "Araz"ın UEFA Kubokunda mübarizə apardığı VIII qurupda daha bir oyun keçirib. Fanat.Az xəbər verir ki, Rumıniya təşkil olunan qrupun birinci turu çərçivəsində yerli "Deva" klubu Malta təmsilçisi "Sent Endryus"u sınağa çəkib.
Oyun meydan sahiblərinin 5:2 hesağlı qələbəsi ilə yekunlaşıb. Görüşün son dəqiqəsində Malta təmsilçisinin futzalçısı qırımızı vərəqə alıb. Təyin olunan penaltini isə Mariuş Matey dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, "Araz" ilk turda Hosniya və Herseqovinanın "Mostar" klubunu 5:2 hesabı ilə yenib. Azərbaycan çempionu "Sent Endryus"u sınağa çəkəcək.
Fanat.Az