"Azərbaycanın ən güclü komandasına qarşı oynadıq”. Bu sözlər "İnter”in köməkçi-məşqçisi Zaur İsmayılova məxsusdu.
Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi 0:2 hesabı ilə məğlub olub.
Bakılıların baş məşqçisi Zaur Svanadze həyat yoldaşının vəfatı ilə əlaqədar mətbuat konfransında iştirak etməyib. Onu əvəz edən İsmayılov fikrini bu sözlərlə davam etdirib: "Bilirdik ki, çətin olacaq. Heyətimizdə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər, bacardıqları qədər mübarizə apardılar”.
Fanat.Az