"Kəpəz" klubunda yeni təyinat reallaşıb. Fanat.Az xəbər verir ki, kluba təhlükəsizlik üzrə mütəxəssis təyin edilib.
Bu vəzifəni bundan sonra Elmar Əliyev icra edəcək. O, əvvəllər "Kəpəz" fan-klubunun rəhbəri olub, son dövrlər isə klubun fan-klublarla əlaqələndiricisi vəzifəsini tutub. Uzun illərdir ki, "Kəpəz"in azarkeşləri ilə çalışan Elmar Əliyev bundan sonra klubun təhlükəsizlik məsələlərinə cavabdeh olacaq.
Fanat.Az-a açıqlama verən Elmar Əliyev təyinatına görə klub rəhbərliyinə təşəkkür edib: "Mənə etimad göstərdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. Uşaqlıq arzumun həyata keçdiyini deyə bilərəm. Çünki uşaq vaxtından belə bir işdə çalışmağı arzulamışam. Şadam ki, "Kəpəz" rəhbərliyi bu arzumu həyata keçirdi. Etimadı doğrultmağa, özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam".
Fanat.Az